Muğanlı-İsmayıllı yolunda təmir-bərpa işləri aparılır

Muğanlı-İsmayıllı yolunda təmir-bərpa işləri aparılır
14:42 25 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Payız-qış mövsümü ilə əlaqədar olaraq “Azəravtoyol” ASC avtomobil yollarında kompleks tədbirlər həyata keçirilir, dağlıq ərazilərdən və sürüşmə zonalarından keçən yollarda qabaqlayıcı addımlar atır. Cəmiyyətdən "Report"a daxil olan məlumata görə, bu tədbirlər çərçivəsində Muğanlı-İsmayıllı avtomobil yolunun 1-10-cu km-lik hissəsində təmir-bərpa işləri görülür.

Sözügedən yolun sürüşmə ərazilərindən keçən hissələrində bərkitmə işləri aparılır, yolun çiyinləri artıq qruntdan təmizlənərək genişləndirilir. Bundan başqa, dağdan axan yağış və qrunt sularının yolun asfalt-beton örtüyünün altına daxil olmasının qarşısını almaq məqsədi ilə drenajlar qazılır, suötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.

Yaxın günlərdə qabaqlayıcı tədbirlər yolun 10-12 və 26-29-cu km-lik hissələrində də aparılacaq.





Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/muganli-i-smayilli-yolunda-temir-berpa-isleri-aparilir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR