Proqnoz: Dollar ilin sonuna qədər 4% möhkəmlənə bilər

Proqnoz: Dollar ilin sonuna qədər 4% möhkəmlənə bilər
15:02 25 Sentyabr 2017
198 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ ABŞ dollarının əsas rəqibi olan avro ilə müqayisədə məzənnəsi 2017-ci ilin sonuna qədər 4%-ə yaxın möhkəmlənə bilər. "Report"un analitik qrupu bildirir ki, dolların möhkəmlənməsi üçün bir sıra səbəb yaranıb. Birincisi, dollar avro ilə müqayisədə bu ilin əvvəlindən həddindən artıq çox - 14,8% ucuzlaşıb. Belə bir ucuzlaşma üçün isə heç bir əsaslı səbəb yoxdur.
İkincisi, ABŞ-da uçot dərəcəsi hazırda 1-1,25% olduğu halda, Avropada 0% təşkil edir. FED balansını azaltmağa başlayarsa, Avropa Mərkəzi Bankı hələ monetar stimullaşdırmanı davam etdirir.
Üçüncüsü - FED-in ilin sonuna qədər uçot dərəcəsini bir dəfə də artırma ehtimallarının artması və 2018-ci ilin əvvəlindən balansını daha sürətlə azaltmağa başlayaraq maliyyə bazarlarında dollar qıtlığı yaradacağı amilidir.
Dördüncüsü - Almaniyada dünən keçirilən parlament seçkilərinin nəticələrinin avro üçün yaratdığı təhlükədir. Belə ki, siyasi tənqidçilər yaranan koalisiya hökumətinin 4 il sonra keçiriləcək növbəti seçkilərə qədər davam etməyəcəyini düşünürlər.
"Sadalanan amillərin avronu ucuzlaşdıracağı, dolları möhkəmləndirəcəyi proqnozlaşdırılır. 2018-ci ilin əvvəlində dolların yenidən bir qədər ucuzlaşması gözlənilsə də, II yarımillikdən etibarən möhkəmlənmə prosesinin sürətlənərək avronun məzənnə paritetindən aşağı düşməsi ehtimal edilir", - deyə "Report"un analitikləri əlavə ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/proqnoz-dollar-ilin-sonuna-qeder-4-mohkemlene-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR