Ermənistan ordusunda hərbçilərlə komandirləri arasında dava düşüb, iki əsgər güllələnib

Ermənistan ordusunda hərbçilərlə komandirləri arasında dava düşüb, iki əsgər güllələnib
15:07 25 Sentyabr 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Hər dəfə Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müəyyən konsensusun əldə edilməsi gündəmə gələndə Ermənistan tərəfi müxtəlif hadisələr törətməklə ölkə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır. 
"Report"un məlumatına görə, Azərbaycanın erməni işğal altındakı torpaqların bir hissəsinin qaytarılması ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi fonunda düşmən ordusunda növbəti bədbəxt hadisənin baş verməsi buna bir daha sübutdur. Bu da Ermənistanın hərbi-siyasi rəhbərliyinin ordudakı neqativ halların baş verməsində bilavasitə maraqlı olduğu deməkdir.
Son zamanlar Ermənistan ordusunda neqativ halların durmadan artması sirr deyil və bu barədə məlumatlar erməni sosial mediasında əsas müzakirə edilən mövzulardandır. Diqqəti cəlb edən məqamlardan biri isə erməni sosial şəbəkə istifadəçilərinin Ermənistan Silahlı Qüvvələrində baş verən bir çox hadisələrin ölkə rəhbərliyi və yuxarı komandanlığın tapşırıqlarına əsasən hərbi hissə komandirləri tərəfindən təşkil olunduğu barədə məlumatların yer almasıdır. Təbii ki, bu məsələlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin marağının olması və bundan şəxsi və siyasi məqsədlər üçün istifadə olunması iyrəncdir və heç şübhəsiz bu xislət Ermənistandan başqa dünyanın heç bir ölkəsinə xas deyil.
Erməni sosial mediasında hiddətlə müzakirə olunan növbəti məsələ Laura adlı "Facebook" istifadəçisinin qohumunun ağır yaralanması barədə etdiyi paylaşımdır. Onun sözlərinə görə, Madagizdə yerləşən hərbi hissədə xidmət edən qohumu Narek Zarqaryanla digər hərbi qulluqçu Yura Hakopyan döyüş postunda olan zaman post komandiri tərəfindən təhqirlərə və alçaldıcı hərəkətlərə məruz qalıblar. Komandirin bu hərəkətlərinə etiraz edən hərbi qulluqçular güllələnərək ağır bədən xəsarətləri ilə hospitala təxliyyə ediliblər. Hazırda onların hər ikisinin vəziyyəti ağırdır.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ermenistan-ordusunda-herbcilerle-komandirleri-arasinda-dava-dusub-iki-esger-gullelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR