Stavropolda Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

Stavropolda Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək
15:17 25 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Sentyabrın 28-də Rusiyanın Stavropol şəhərində VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək. 
Bu barədə “Report”a Azərbaycan İqtisadiyyt Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək forumda hər iki ölkənin dövlət rəsmiləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, ticarət, turizm, tikinti, maliyyə və konsaltinq, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcəklər.
Tədbir çərçivəsində forumun plenar iclası, sənaye, turizm, aqrar, səhiyyə və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək, Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.
Forumda əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/stavropolda-rusiya-azerbaycan-regionlararasi-forumu-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR