Avroliqanın finalı üçün pul ödəyəcəyik - BİABIRÇILIQ

Avroliqanın finalı üçün pul ödəyəcəyik -   BİABIRÇILIQ
16:07 25 Sentyabr 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Sentyabrın 20-də UEFA-nın XIII Növbədənkənar Konqresi, ardınca isə İcraiyyə Komitəsinin yığıncağı baş tutdu. Tədbir Azərbaycan futbolyu üçün önəmli hadisəylə yadda qaldı.

 

UEFA-ya üzv olan 55 milli assosiasiyanın nümayəndələrinin də iştirak etdiyi Konqres Cenevrənin "Prezident Vilson” otelində baş tutdu. Lakin Azərbaycan üçün daha önəmli qərar İK-nın Nyondakı Avropa Futbol Evində təşkil olunan toplantısında verildi. Bir sıra vacib məsələləri müzakirə edən komitə üzvləri 2019-cu ildə keçiriləcək Çempionlar Liqası, Avropa Liqası və UEFA Super Kubokunun final oyunlarına ev sahibliyi edəcək stadionların adına aydınlıq gətirdi.

 

Finala iddiaçılar arasında ilk dəfə Azərbaycan da var idi. Bakı Olimpiya Stadionu həm Çempionlar Liqası, həm də Avropa Liqasının 2018/19 mövsümünün həlledici görüşünə namizəd idi. Qitənin ən nüfuzlu klub turnirində bu matça iki iddiaçı vardı ki, Bakının da yeganə rəqibi Madridin "Vanda Metropolitano” stadionu idi. Avroliqada isə Bakı Olimpiya Stadionunun iki rəqibi vardı. Burada da onlardan biri İspaniyanı təmsil edirdi. Sevilyanın "Ramon Sançes Pisxuan” stadionu, həmçinin İstanbulun "Vodafon Park” arenası ikinci dərəcəli turnirə iddiaçı idi.

 

Sonda UEFA Super Kuboku İstanbuldakı "Vodafon Park Arena”ya, ÇL-in həlledici matçı Madridin "Vanda Metropolitano” stadionuna qismət oldu. 2019-cu ildəki Avropa Liqasının finalına isə Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək. Amma...

 

...Amma indi bəlli olur ki, AFFA bu finalı əldə etmək üçüm böyük qurbanlara razılaşıb. Qitə ölkələri belə oyunları qəbul etməklə həm də maddi qazancı düşünürsə, bizimkilər əksinə, xərcə düşəcək.

 

UEFA-nın bu haqda rəsmi hesabatında ölkəmizin qonaqlar üçün xərcə düşəcəyi aşkar yazılıb. Belə ki, Bakıda ötel qiymətləri həddindən artıq baha olduğu üçün UEFA finalı Bakıya vermək istəmirmiş. Avropalı qonaqların xərclərinin digər ölkələrlə müqayisədə 3-4 dəfə baha olacağı ehtimalı, insanların rahatlığını düşünən qitə futbol qurumunu tərəddüddə saxlayıb. Belədə AFFA bu xərclərin də böyük hissəsini qarşılamağı öhdəsinə götürüb.

 

Beləliklə, avropalılar yenə gəlib futbol oynayacaq, istirahət edəcək, biz isə pul ödəyəcəyik. Qazanmamaq bir yana, hələ onların rahatlığı üçün boğazımızdan da kəsəcəyik.

 

İndi nəyə görə Premyer Liqada cəmi 8, divizionda 10 komandanın oynayacağı sizə bəlli oldu? Futbolumuzu idarə edənlərə inkişaf yox, yalançı görüntü, reklam lazımdı... 


Mənbə: Futbolinfo.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-avroliqann-final-ucun-pul-odycyik-t60767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR