"Qarabağ"ın rəqibi: "Qrupun favoriti bizik"

"Qarabağ"ın rəqibi: "Qrupun favoriti bizik"
16:07 25 Sentyabr 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında "Qarabağ”la eyni qrupda yer alan "Çelsi" sentyabrın 27-də II tur çərçivəsində "Atletiko” ilə qarşılaşacaq.

 

Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisinin baş məşqçisi Antonio Konte oyunöncəsi yerli mətbuata açıqlama verib. 

 

İtaliyalı mütəxəssis İngiltərə Premyer Liqası ilə Çempionlar Liqasının müqayisəsini aparıb: ""Premyer Liqa qarşılaşmaları çox çətin keçir. Burda 5-6 komanda çempionluğa oynayır. "Tottenhem”, "Liverpul”, "Arsenal” və Mançester klubları ilə ayaqlaşmalı olursan. Heç kim çempionun kim olacağını öncədən təxmin edə bilmir. Çempion olmaq üçün hər şeyi doğru etməli, ildən-ilə daha da güclənməlisən”.

 

Konte ÇL-də yer aldıqları qrupu da dəyərləndirib: "Atletiko” və "Roma”nı tərifləyən Konte "Qarabağ”ı özlərinə rəqib saymadığını göstərib: "Düzdü, Çempionlar Liqasında qrupun favoriti bizik. O ki qaldı rəqiblərə, "Roma”da irəliləmək üçün mümkün olan hər şey var. Hesab edirəm ki, püşkdə bəxtimiz gətirməyib. "Atletiko” böyük təcrübəyə malikdi. Onları çox yaxşı tanıyıram. Bu komanda turnirdə sona qədər irəliləmək gücündədi və onlara qarşı olduqca diqqətli olmalıyıq. Biz indidən final barədə düşünmürük. Oyundan-oyuna hədəf müəyyənləşdiririk. İlk məqsədimiz 1/8 final mərhələsinə adlamaqdı”.

 

Qeyd edək ki, "Çelsi” qrup mərhələsinin ilk matçında "Qarabağ”ı öz meydanında böyük hesabla (6:0) məğlub edib.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-rqibi-quotqrupun-favoriti-bizikquot-t60766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR