Yevlaxda qəbirstanlıq oğruları tutldu

Yevlaxda qəbirstanlıq oğruları tutldu
16:19 25 Sentyabr 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Yevlaxda qəbirin ətrafına çəkilmiş alüminiumdan hazırlanmış çərçivə hissələrinin sökərək oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

 

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin ətrafına çəkilmiş alüminiumdan hazırlanmış çərçivə hissələrinin sökülərək oğurlanması barədə məlumat əldə ediblər.

 

Hadisə yerinə gələn əməliyyat qrupu tərəfindən müvafiq araşdırmalar aparılıb.

 

Təxirəsalınmaz tədbirlərlə oğurluğu qrup halında törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Dərviş və Kamil Seyidov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Tutarlı dəllilər qarşısında onlar törətdikləri əməli etiraf ediblər və oğurladıqları alüminium hissələri metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Maddi sübutlar polis əməkdaşları tərəfindən götürülüb.

 

Aparılan araşdırmalarla mərhumun ailə üzvləri də müəyyənləşdirilib və şəhər sakini  Roza Əliyeva Yevlax RPŞ-yə dəvət edilərək oğurluq faktı, onu törətməkdə şübhəli bilinən şəxslərin tutulması barədə ona məlumat verilib.

R.Əliyeva cinayətin açılmasına və təqsirkarların tutulmasına görə Yevlax RPŞ-nin rəhbərliyinə və polis əməkdaşlarına təşəkkürünü bildirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284187

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR