Bu həftə bürcləri nələr gözləyir?

Bu həftə bürcləri nələr gözləyir?

Metbuat.az məşhur astroloq Hande Kazanovanın həftəlik bürclər haqqında şərhlərini təqdim edir:

Qoç

Bu həftə iş səyahətinizdə, təhsilinizdə, insanlarla olan münasibətinizdə problemlərlə qarşılaşa bilərsiniz. Problemləriniz ətrafınızda olub-bitənlərə neqativ baxmağınıza səbəb ola bilər. Münasibətlərinizdə xəyal qırıqlığı yaşaya bilərsiniz.

Buğa

Uşağınızla olan münasibətinizə diqqət etməlisiniz. Eşq, əyləncə həyatınız üçün, ya da keyf aldığınız yerlərə edəcəyiniz xərcləmələrdə sıxıntılar ola bilər. Sevdiyiniz insana həddindən artıq dəyər verdiyinizi və bu dəyərin qarşılığını almadığınızı düşünə bilərsiniz. Yeni münasibətin vaxtı deyil.

Əkizlər

Bu həftə ikili münasibətlərdə ciddi problemlər yaşaya bilərsiniz. Diqqətli olmağa çalışın. Problemlərinizi rahatlıqla həll edəcəksiniz.

Xərçəng

Həyatınızdakı stress, gərginlik əsəblərinizi korlaya bilər. Ailənizlə münasibətinizi gücləndirəcəksiniz.

Şir

Ailə həyatınızda anlaşılmazlıqlar ola bilər. Eşq və uşaqla bağlı problemləriniz həyata neqativ baxmağınıza səbəb ola bilər.

Qız

2 həftə ərzində maddi məsələlərdə beyniniz yaxşı işləyəcək. Pulla əlaqədar məsələlərdə görüşlərinizi sürətləndirəcəksiniz. Ticarətlə məşğul olanlar üçün müsbət dövr başlayır.

Tərəzi

Üzərinizə şans rüzgarı əsəcək. Bu münasibətlərinizdəki sıxıntıları və qarşınıza çıxacaq hadisələri həll etməyə kömək edəcək.

Əqrəb

Problemlərlə əlaqədar can sıxıcı hadisələr yaşaya bilərsiniz. Çərşənbə günü iş həyatınızda və sağlamlığınızda gözləmədiyiniz dəyişikliklər yaşaya bilərsiniz.

Oxatan

2 həftə ərzində gələcəyə aid məsələlər, dostlarınız və sosial çevrənizlə əlaqədar paylaşımlarınız artacaq. Sevdiyiniz insan və ailənizlə olan münasibətinizdə xəyal qırıqlığı yaşaya bilərsiniz.

Oğlaq

Həyat yoldaşınızın və öz ailənizin arasındakı tarazlığı qoruyun. Önəmli iş razılaşmaları edə bilərsiniz. Özünüzü ifadə etmək və bütün diqqəti öz üzərinizdə cəmləşdirmək üçün ideal vaxtdır.

Dolça

Maddi məsələlərdə bəzi problemlər ola bilər. Tanımadığınız yerlərə gedə bilərsiniz. Səyahət, ticarət, təhsil həyatınız rənglənə bilər.

Balıqlar

Şəxsi həyatınızda problemlər ola bilər. Xəyal qırıqlığı və bəzi problemlərə açıq bir gün içərisindəsiz.

Aysel Yaqubqızı / Metbuat.az

Məşhur filmlərin pərdə arxası görüntüləri - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR