İndoneziyada vulkan təhlükəsi: Bu dəfə 50 min insan...

İndoneziyada vulkan təhlükəsi: Bu dəfə 50 min insan...
16:33 25 Sentyabr 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziyanın Bali adası vulkan püskürməsi təhlükəsi ilə üz-üzə qalıb.

Publika.az xəbər verir ki, adadakı Aqunq vulkanından yüksələn duman buludu və bölgədə hiss edilən zəlzələlər fövqəladə vəziyyətin yaranmasına səbəb olub.

Bölgənin yaşayış obyektlərindən 50 000 sakin təxliyə edilib. Sakinlər ada ətrafındakı müvəqqəti düşərgələrdə, idman zallarında və qonaq evlərində yerləşdirilib.

Dünyada turistik bölgə kimi tanınan Bali adasına vulkan təhlükəsi səbəbilə turist səyahətləri ləğv edilib.

Qeyd edək ki, sözügedən vulkan son dəfə 1963-cü ildə partlamış və 1100 insanın ölümünə səbəb olmuşdu.

İndoneziya Sakit okeanda, Alov haqlaları adlanan vulkan qurşağı üzərində yerləşir. Hazırda burada 120-dən çox aktiv vulkan mövcuddur.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR