Türkiyə XİN başçısı: “Türkmənlərə qarşı hənsısa müdaxilə olarsa, hərbi əməliyyata başlayacağıq”

Türkiyə XİN başçısı: “Türkmənlərə qarşı hənsısa müdaxilə olarsa, hərbi əməliyyata başlayacağıq”
16:42 25 Sentyabr 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ “İraqın şimalında yerli hökumətin keçirdiyi “referendum”la bağlı türkmən qardaşlarımıza qarşı istənilən əməli müdaxilə edilərsə, Türkiyə dərhal hərbi əməliyyata başlayacaq”.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin “Türkiyə İraqın şimalı ilə sərhədi bağlayacaqmı” sualına cavabında bildirib.
“Biz tövsiyəmizi dostcasına bildirdik. Xəbərdarlığımız da etdik. Hazırda sərhədi bağlamamışıq. Ancaq nəzarəti gücləndirmişik. Atacağımız addımlar olacaq. İndi bəzi məsələləri dəyərləndiririk. İraqın şimalındakı yerli hökumət öz yolu ilə gedəcəyini bildirdi. Biz də onlara bunun əvəzi olacağını dedik və olacaq da”. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkmenlere-qarsi-hensisa-mudaxile-olarsa-herbi-emeliyyata-baslayacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR