Azərbaycan və Acarıstan kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edib

Azərbaycan və Acarıstan kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edib
16:42 25 Sentyabr 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Avtandil Meskidxe ilə görüşüb.
Baş konsulluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, R.İsmayılov A.Meskidxeni kənd təsərrüfatı naziri təyin olunması münasibəti ilə təbrik edib.
Görüş zamanı baş konsul iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, eləcə də Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatlar barədə məlumat verib.
Öz növbəsində, A.Meskidxe Acarıstanın kənd təsərrüfatı məhsullarının Azərbaycan bazarına çıxarılmasının, həmçinin Azərbaycan kənd təsərrüfatı məhsullarının Acarıstana ixracının artırılması məsələlərinin önəmlı olduğunu qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-ve-acaristan-kend-teserrufati-sahesinde-emekdasligin-inkisaf-etdirilmesini-muzakire-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR