Dənizkənarı Milli Parkdan toplanan tullantıların həcmi açıqlanıb

Dənizkənarı Milli Parkdan toplanan tullantıların həcmi açıqlanıb
17:22 25 Sentyabr 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (AXDG) QSC həm sahil, həm də dəniz obyektlərində formalaşan 81 295,6 ton çirkab məişət-təsərrüfat suyu, 2 943,81 ton neftli döşəməaltı su, 50,091 ton yağlı əski, 35,43 ton sintetik propilen buraz qalığı, 0,92 ton istifadə müddəti bitmiş kimyəvi məmulat bağlanmış müqavilələr əsasında sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərdən kənarlaşdırıb. AXDG-dən "Report"a daxil olan məlumata görə, bu, 2017-ci ilin yanvar-iyul aylarının nəticələri əsasında hesablanıb.
"45 ədəd yararsız akkumulyator, 419 ədəd nasaz avtomobil şini, 39,631 ton rezin tullantısı, 113 ədəd yanacaq, 352 ədəd yağ və 172 ədəd hava süzgəcləri, 1,08 ton toner-katric, 250,34 ton keramik qırıntı, 9,0 ton asbest qalığı, 38,56 ton işlənmiş boya qabı və boya tullantıları, 320,37 ton taxta tullantı, 35,0 ton tibbi tullantı, 99,52 ton şüşə qırığı, 161,575 ton sellüloz tullantısı, 144,348 ton tekstil parça qalığı, 180,319 ton polimer əsaslı və plastmas tullantı, 466,536 ton qida qalığı aidiyyatı üzrə təhvil verib. Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 0,19 ton neft-su qarışığı, habelə 26,45 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib", - deyə məlumatda qeyd edilib.


Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/denizkenari-milli-parkdan-toplanan-tullantilarin-hecmi-aciqlanib23

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR