İstanbulda ombudsmanlar müsəlman ölkələrindəki müharibələri müzakirə ediblər

İstanbulda ombudsmanlar müsəlman ölkələrindəki müharibələri müzakirə ediblər
17:37 25 Sentyabr 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbul. 25 sentyabr. REPORT.AZ/ İstanbulda 50 ölkənin ombudmsanının və insan haqları təmsilçilərinin qatıldığı Beynəlxaq Ombudsmanlıq konfransı İslam İşbirliyi təşkilatının və Ağdəniz Ombusmanlar Birliyinin təşkilatçılığı ilə öz işinə başlayıb.
"Report"un Türkiyə bürosunun məlumatına görə, beynəlxaq tədbirin açılışını prezident Rəcəb Tayyip Ərdoğan edib. 
Ölkə başçısı ombudsmanları bir yerə toplamaqda məqsədin dünyada insanlığı narahat edən problemləri, günahsız şəkildə qətl edilən uşaqları, müsəlman ölkələrində davam edən müharibələri, insanlıq adına mövcud olan bütün gərginlikləri gündəmə gətirmək və bu problemlərin həlli üçün çalışmaqdan ibarət olduğunu deyib. Tədbir ombudsmanların dəyirmi masa arxasında müzakirələri ilə işini davam etdirib.
Müzakirələr Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın idarəçiliyi ilə davam etdirilib. Suriya, İraq, Hindistan, Afirka ölkələri, İndoneziyadan və Arakadan konfransa qatılan ombudsmanlar sözügedən çoğrafiyadakı vəziyyətdən danışıb, əzilən, döyülən, öldürülən insanların haqlarını müdafiə edən təşkilatların səssizliyindən şikayətləniblər. 
Konfranda Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarına Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğı başqa ölkələrə örnək olaraq göstərildi.
Ombudsmanlar Arakanda dünyanın səssizcə izlədiyi qətliamla bağlı həsaslıqlarını dilə gətirib və bu məsələnin beynəlxalq arenada müzakirəsini tələb ediblər.
Beynəlxalq tədbir sentyabırın 26-dək davam edəcək.
Vüsalə Abbasova 




Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-stanbulda-ombudmsanlar-muselman-olkelerindeki-muharibeleri-muzakire-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR