BOS ətrafında təhlükəsizlik tədbirləri gücləndiriləcək

BOS ətrafında təhlükəsizlik tədbirləri gücləndiriləcək
17:47 25 Sentyabr 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sentyabrın 27-də keçiriləcək “Qarabağ” - “Roma” oyunu ilə əlaqədar Bakı Olimpiya Stadionunun ətrafında təhlükəsizlik tədbirləri gücləndiriləcək.


Fanat.Az xəbər verir ki, bu barədə idarədən verilən açıqlamada bildirilir. 


Həmin gün futbol matçını izləmək üçün xeyli sayda azarkeşin gələcəyi nəzərə alınaraq, şəxsi avtomobillər stadionun ərazisinə buraxılmayacaq. Azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat çatmaları üçün alternativ olaraq metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarının yaxınlığından həmin arena istiqamətində xüsusi avtobuslar pulsuz xidmət göstərəcəklər.


Buna görə də stadionun ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün azarkeşlərdən Bakı Olimpiya Stadionuna ictimai nəqliyyatdan istifadə edərək gəlmələri xahiş olunur.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bos-trafnda-thluksizlik-tdbirlri-guclndirilck-t60770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR