SOCAR nümayəndələri TAP-ın tikinti ərazisində olublar

SOCAR nümayəndələri TAP-ın tikinti ərazisində olublar
17:52 25 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ “SOCAR Midstream Operations” MMC tərəfindən idarə və istismar olunan “AzTAP GmbH.” şirkətinin nümayəndələri “TAP AG” Direktorlar Şurasının iclasında iştirak ediblər. 
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Mətbuat xidmətindən məlumat verilib.
Daha sonra nümayəndələr TAP-ın tikinti ərazisinə daxil olan Qərbi Makedoniya və Yunanıstana səfər edib, Pella bölgəsində kəmərin inşaat prosesinə baxış keçirib, avtomatlaşdırılmış qaynaq və boru kəmərinin xəndəyə endirilməsi işlərini müşahidə ediblər. SOCAR təmsilçilərinin Mədəni İrs Tapıntısı sahəsinə də səfəri təşkil olunub.
Qeyd edək ki, hazırda TAP layihəsinin Yunanıstan üzrə inkişafı 52,8%, ümumilikdə isə 57% təşkil edir.




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-numayendeleri-tap-in-tikinti-erazisinde-olublar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR