SOCAR-da Beynəlxalq Dəniz Gününə həsr olunan aksiya təşkil edilib

SOCAR-da Beynəlxalq Dəniz Gününə həsr olunan aksiya təşkil edilib
18:27 25 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ SOCAR-ın Ekologiya İdarəsi “Bibiheybətneft” neft və qazçıxarma idarəsi (NQÇİ) ilə birlikdə Beynəlxalq Dəniz Günü və “Biz dünyanı təmizləyirik” həftəsinə həsr olunan maarifləndirici aksiya keçiriblər.
SOCAR-ın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlcə Ekologiya İdarəsinin əməkdaşları Beynəlxalq Dəniz Günü və “Biz dünyanı təmizləyirik” həftəsi haqqında məlumat veriblər. Sonra aksiya çərçivəsində Xəzərin sahil ərazilərində təmizlik işləri aparılıb. Tədbir zamanı toplanılan zibil çeşidlənərək qablaşdırılıb və müvafiq qaydada ərazidən kənarlaşdırılıb.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara əsasən 1978-ci ildən etibarən hər il Beynəlxalq Dəniz Günü kimi qeyd olunur. Azərbaycanda sentyabr ayının son həftəsinə təsadüf edən bu gün ictimaiyyətin diqqəti gəmiçiliyə və dənizlərin mühafizəsinə cəlb edilir.





Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-da-beynelxalq-deniz-gunune-hesr-olunan-aksiya-teskil-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR