"Roma" Bakıya bu heyətlə gəlir - SİYAHI

"Roma" Bakıya bu heyətlə gəlir  - SİYAHI
18:29 25 Sentyabr 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Roma”nın Bakıya gələcək heyəti müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Eysebio Di Françesko 19 nəfərlik siyahını açıqlayıb.
 
Onlardan 2-si qapıçı, 5-i müdafiəçi, 7-si yarımmüdafiəçi və 5-i hücumçudu. Zədəsini yenicə sağaldan hücumçu Dieqo Perotti də heyətə salınıb.
 
Qapıçılar: Alisson Bekker, Lukaş Skorupski
Müdafiəçilər: Juan Jesus, Aleksandr Kolarov, Federiko Fazio, Bruno Peres, Kostas Manolas
Yarımmüdafiəçilər: Raca Nainqqolan, Kevin Strotman, Lorenzo Pelleqrini, Daniele De Rossi, Maksim Qonalon, Alessandro Florenzi, Gerson
Hücumçular: Dieqo Perotti, Edin Dzeko, Cengiz Ünder, Qreqorye Defrel, Stefan El Şaravi.
 
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Roma” qarşılaşması saat 20:00-da start götürəcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR