Bakıda "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres keçiriləcək

Bakıda "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres keçiriləcək
18:32 25 Sentyabr 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakıda "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres keçiriləcək.
Azərbaycandakı Rus icmasından "Report"a verilən məlumata görə, tədbir sentyabrın 27-30-da təşkil olunacaq.
Tədbirin təşəbbüskarı qismində Rusiyanın Elm və Təhsil Nazirliyi və Moskva Dövlət Pedaqoji Universiteti çıxış edib.
Konqresin işində təhsil işçiləri, universitet rəhbərləri, Azərbaycan, Bolqarıstan, Türkiyə, MDB ölkələrindən və Rusiyanın regionlarından olan müəllimlər iştirak edəcəklər.
Konqresdən əvvəl Rusiyadan kənarda yaşayan rusdillilərin Moskvadakı Evinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasına rusiyalı yazıçıların müəllifi olduğu 300 kitab hədiyyə edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bakida-avrasiya-tehsil-mekaninda-dillerin-ve-medeniyyetlerin-dialoqu-adli-beynelxalq-konqres-keci

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR