Ramin Musayev xəbərdarlıq etdi: "Nəticəsi ləğv olunacaq"

Ramin Musayev xəbərdarlıq etdi:   "Nəticəsi ləğv olunacaq"
18:47 25 Sentyabr 2017
126 İdman
Ölkə mətbuatı
A- A+

"2017/18 mövsümündə I divizionda 10 komanda iştirak edəcək. Yarış 3 dövrədən ibarət sistemlə keçiriləcək. 3-cü dövrədə 1-ci dövrədə olan uyğunluq tətbiq olunacaq. Əgər biz 10 komandalı çempionatı 2 dövrə etsəydik, oyun sayı az olacaqdı. Komandaların daha çox oyun keçirməsini rəhbər tutub 3 dövrəli yarışa qərar verdik”.


Fanat.Az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.


PFL rəhbəri I divizionda limit məsələsinə aydınlıq gətirib: "Topaz Premyer Liqasında olduğu kimi, I divizionda da protokolda 23 futbolçu yer ala bilər. Oyunlar zamanı ilk "11-lik"də 6 yerli oyunçu olmaq şərti ilə daha yaşlı oyunçuların çıxışına icazə veriləcək. Meydançada hər zaman ən azından 1996-cı il və daha gənc təvəllüdlü 3 oyunçunun olması şərtdir. Klublar start heyətində maksimum 2 legionerin xidmətindən yararlana biləcəklər”.


Ramin Musayev əlavə edib ki, I divizion FIFA-nın təsdiq etdiyi və artıq Azərbaycana gətirilən yeni toplarla oynanılacaq.  


PFL prezidenti eyni zamanda klublara xəbərdarlıq edib: "Ötən mövsüm bəzi xoşagəlməyən hallar oldu. Belə ki, I divizionda iştirak edən komandaların adları danışılmış oyunlarda hallandı. Buna görə də hər oyunda bizim nümayəndəmiz olacaq və lazımi qeydlərini götürəcək və digər prosedurlar həyata keçiriləcək. Əgər hər hansı bir şübhə yeri olarsa, araşdırılacaq və oyunun nəticəsi ləğv olunacaq. Oyun alqı-satqısında adı hallanan oyunçunun adı hüquq-mühafizə orqanlarına təqdim olunacaq və onunla bağlı lazımi ölçü götürüləcək”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ramin-musayev-xbrdarlq-etdi-t60773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR