Kərkükdə fövqəladə vəziyyət elan olunub

Kərkükdə fövqəladə vəziyyət elan olunub
18:52 25 Sentyabr 2017
107 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ İraqın Kərkük şəhərində fövqəladə vəziyyət elan olunub, komendant saatı tətbiq edilib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Kərkük Şəhər Polis İdarəsinin mətbuat katibi Əfrasiyab Kamil məlumat verib.
Onun sözlərinə görə, "referendum"dan sonra baş verə biləcək hansısa təxribatın qarşısının alınması məqsədilə əhaliyə gecə saatlarında küçəyə çıxmamaqla bağlı xəbərdarlıq olunub, şəhərin mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Onun sözlərinə görə, komendant saatı sabaha qədər qüvvədə olacaq.  
Qeyd edək ki, bu gün İraqın şimalındakı kürd muxtar bölgəsində "müstəqilliklə bağlı referendum" keçirilir. Referendum bölgədəki türkmənlər və ərəblər tərəfindən boykot olunur. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/kerkukde-fovqelade-veziyyet-elan-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR