Cəlilabadda yanğının meşə sahəsinə keçməsinin qarşısı alınıb

Cəlilabadda yanğının meşə sahəsinə keçməsinin qarşısı alınıb
19:22 25 Sentyabr 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün saat 17:30 radələrində Cəlilabad rayonunun Zopun kəndi yaxınlığındakı bələdiyyə ərazisində, Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 4 saylı dolayının sərhədində yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bələdiyyə ərazisində baş verən yanğının meşə fonduna keçməməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Dəstəsinin nümayəndələri cəlb edilib. 
Meşə işçilərinin və yanğından mühafizə dəstəsinin ciddi səyləri nəticəsində yanğın qısa müddətdə söndürülüb, yanğının meşə sahəsinə keçməsinin qarşısı alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/celilabadda-yanginin-mese-sahesine-kecmesinin-qarsisi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR