Cəlilabadda təhlükəli yanğının qarşısı alındı - NAZİRLİK

Cəlilabadda təhlükəli yanğının qarşısı alındı - NAZİRLİK
19:34 25 Sentyabr 2017
37 Digər
Ölkə mətbuatı
A- A+

25 sentyabr 2017-ci il tarixində saat 17:30 radələrində Cəlilabad rayonunun  Zopun kəndi yaxınlığındakı  bələdiyyə ərazisində,  Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 4 saylı dolayının sərhədində yanğın hadisəsi baş verib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bələdiyyə ərazisində baş verən yanğının meşə fonduna keçməməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Dəstəsinin nümayəndələri cəlb edilib.

 

Meşə işçilərinin və yanğından mühafizə dəstəsinin ciddi səyləri nəticəsində yanğın qısa müddətdə söndürülüb, yanğının meşə sahəsinə keçməsinin qarşısı alınıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR