ABŞ-ın strateji bombardmançıları vurulacaq - TƏHDİD

ABŞ-ın strateji bombardmançıları vurulacaq - TƏHDİD
19:53 25 Sentyabr 2017
161 Dünya
Ölkə mətbuatı
A- A+

Koreya Xalq Demokratik Respublikası (KXDR) Amerika döyüş təyyarələrini hətta Şimali Koreyanın hava məkanından kənarda vura bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda KXDR-in Xarici İşlər Nazirliyinin başçısı Li Yen Xo Nyu-Yorkda jurnalistlərə bildirib.

“Bir halda ki, ABŞ bizim ölkəmizə qarşı müharibə elan etdi, onda bizim də əks tədbirlər barədə qərar qəbul etmək hüququmuz var. ABŞ-ın strateji bombardmançılarını hətta Şimali Koreyanın hava məkanından kənarda da vura bilərik”, - o deyib.

Nazir həmçinin bildirib ki, Pxenyan ABŞ prezidenti Donald Trampın hərəkətlərinə cavab vermək üçün bütün variantlara baxacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR