Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret müsadirə edildi

Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret müsadirə edildi
21:03 25 Sentyabr 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Publika.az-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsində olan əl yüklərinin içərisində gömrük nəzarətinə bəyan edilməyən 8600 ədəd "Marlboro" markalı siqaret aşkar olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/214627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR