ABŞ-ın başına 5 milyon pul qoyduğu çeçenin cəsədi tapıldı - FOTO (18+)

ABŞ-ın başına 5 milyon pul qoyduğu çeçenin cəsədi tapıldı - FOTO (18+)
21:23 25 Sentyabr 2017
186 Dünya
Ölkə mətbuatı
A- A+

İnquşetiya dağlarında ötən həftəsonu bir neçə döyüşçünün bədənlərinin çıxarılması üzrə əməliyyat keçirilib.

Publika.az xəbər verir ki, bu haqda PEN TV telekanalı bildirib.

Onların arasında 2013-cü ildə öldürülmüş çeçen mücahidlərinin lideri Doku Umarovun da qalıqları var. Qeyd edilir ki, Umarov və onun mühafizəçilərinin bədənləri ekspertizanın aparılması və şəxsiyyətlərinin dəqiq müəyyən olunması üçün Moskvaya aparılıb.

Doku Umarov 2006-cı ildən çeçen separatçılarına liderlik edirdi.

Onun ölümü haqqında rəsmi bəyanatı 8 aprel 2014-cü ildə Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov verib. Telekanal xatırladır ki, Umarovun öldürülməsi haqqında xəbərlər daha əvvəl ən azı 12 dəfə çıxıb.

2014-cü ilin yazında Çeçenistan başçısı Ramzan Kadırov ölən Umarovun fotoşəklini dərc edib.

Umarov 2011-ci ildə Domodedovo aeroportunda törədilən terror aktı, həmçinin 2010-cu ildə Moskva metrosunda partlayışlara və 2009-cu ildə “Neva ekspress” qatarının partladılmasına görə məsuliyyəti üzərinə götürüb.

O, 2010-cu ildən ABŞ tərəfindən təşkil edilmiş beynəlxalq terrorçuların siyahısında idi. Onun olduğu yer haqqında informasiya üçün 5 milyon dollar mükafat elan edilmişdi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR