Məşhur müğənni jurnalistlərə hücum etdi

Məşhur müğənni jurnalistlərə hücum etdi
22:54 25 Sentyabr 2017
178 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Gülben Ergen hava limanında jurnalistlərə hücum edib.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son günlər adı xoş olmayan söz-söhbətlərdə hallanan ifaçını media nümayəndələrinin sualları özündən çıxarıb.

 

Gülben müğənni Yeşim Salkım və Seren Serengil haqda sual verən jurnalistlərə hücum edərək onların mikrofonlarını itələyib.

 

Xatırlayaq ki, Ergen vaxtilə Yeşim Salkımın keçmiş əri Hakan Uzanla eşq yaşayıb. Seren Serengil isə Gülben haqda açıqlama verərkən bildirib ki, Ergen onun sevdiyi şəxsi əlindən alıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR