Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb
23:17 25 Sentyabr 2017
194 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 25 sentyabr. REPORT.AZ/ Cəlilabadda ildırım mağazanı yandırıb.
“Report”un Aran bürosu yerli sakinlərə istinadən xəbər verir ki, hadisə rayonun Adnalı kəndində qeydə alınıb.
Belə ki, əvvəlcə küləklə müşayiət olunan güclü yağış yağıb. Yağıntı bir saata yaxın davam edib. Bundan sonra ildırımın düşməsi nəticəsində kənddə istifadəsiz qalan köhnə mağaza binası alovlanaraq yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğısöndürənlər tərəfindən yanğın söndürülüb.
Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-ildirim-dusmesi-neticesinde-magaza-yanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR