Bakı. 25 sentyabr. REPORT.AZ/ Voleybolçu qadınlar arasında Avropa çempionatında qrup mərhələsinə bu gün Milli Gimnastika Arenasında keçirilmiş 3 oyunla yekun vurulub.
"Report"un məlumatına görə, A qrupunun son görüşündə Azərbaycan millisi Almaniyanı sınağa çəkib.
İlk 2 turu qələbə ilə başa vuran Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Bundestimə hətta minimal fərqlə uduzsa belə, qrup lideri kimi 1/4 finala yüksələcəkdi. Amma Macarıstan və Polşaya heç bir şans verməyən Azərbaycan yığması Almaniyaya 1 set versə də, yenə 3 xalı öz aktivinə yazıb. Beləliklə, təşkilatçı ölkə komandası maksimum xalla və qrup lideri kimi adını 8 ən güclü komanda sırasına yazdırıb.
C qrupunda isə 2 oyun olub. Əvvəlcə Rusiya və Bolqarıstan milliləri üz-üzə gəlib. Bu görüşdə qonşu ölkə komandası minimal fərqlə qalib gələrək, qrup lideri kimi 1/4 finala yüksəlib. Aktivinə daha 1 xal yazan Bolqarıstan isə ikinci yeri təmin edib. Qrupun digər oyununda isə ilk iki turu məğlubiyyətlə başa vurmuş Türkiyə və Ukrayna yığmaları qarşılaşıb. "Ay-ulduzlular" bu dəfə daha üstün oyun sərgiləyərək, 3:1 hesablı qələbə sayəsində adını Bolqarıstanla birgə "play-off"a yazdırıb.
Beləliklə, "play-off"da görüşəcək komandalar:
26 sentyabr
18:00. Belarus - Çexiya
20:30. Hollandiya - Xorvatiya
27 sentyabr
18:00. Polşa - Türkiyə
20:30. Bolqarıstan - Almaniya
1/4 final
28 sentyabr
İtaliya - Hollandiya / Xorvatiya cütünün qalibi
Serbiya - Belarus / Çexiya cütünün qalibi
29 sentyabr
Azərbaycan - Bolqarıstan / Almaniya cütünün qalibi
Rusiya - Polşa / Türkiyə cütünün qalibi
Avropa çempionatı
A qrupu
18:00. Almaniya - Azərbaycan - 1:3 (25:19, 19:25, 18:25, 18:25)
Hakimlər: Stefan Takaişvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)
Xal durumu: Azərbaycan - 9, Polşa - 5, Almaniya - 4, Macarıstan - 0.
C qrupu
15:30. Rusiya - Bolqarıstan - 3:2 (21:25, 25:20, 23:25, 25:21, 15:13)
20:30. Türkiyə - Ukrayna - 3:1 (25:20, 25:19, 20:25, 25:23)
Xal durumu: Rusiya - 7, Bolqarıstan - 5, Ukrayna - 2, Türkiyə - 1.