Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO
23:33 25 Sentyabr 2017
181 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Yakutiya Respublikasının dövlət şurasının deputatı Viktor Fyodorova qəhvəxanada 13 milyon rublluq (təxminən 171 min dollar) hesab təqdim olunub.

Publika.az lenta.ru saytına istinadən xəbər verir ki, bu haqda deputat Feysbuk səhifəsində yazıb.

Hadisə regionun paytaxtı Yakutsk şəhərində “Traveler's coffee” qəhvəxanasında baş verib.

“Kartdakı vəsait hesablaşmaq üçün kifayət etmədi!” - ona təqdim olunan qəbzin şəkilini dərc edən deputat şikayətlənib.

Lakin sonradan müəssisənin rəhbərliyi hesaba görə üzr istəyərək böyük məbləği ofisiantın səhvi ilə izah edib. Qeyd edilib ki, ofisiantın qəhvəxanada birinci iş günü idi.

Fyodorov özü bildirib ki, müəssisəyə qarşı heç bir iddia irəli sürmür. O, ofisiantı “güclü söyməməyi” xahiş edib.

Qeyd edək ki, dövlət şurasının iqtisadi, investisiya və infrastrukturun inkişafı üzrə daimi komitənin sədri olan Viktor Fyodorov dəfələrlə regionun ən zəngin deputatı kimi reytinq siyahısına düşüb. 2016-cı ildə onun gəliri 114 milyon rubl (təxminən 1,5 milyon dollar) təşkil edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR