Cəlilabadda mağazaya ildırım düşdü

Cəlilabadda mağazaya ildırım düşdü
00:18 26 Sentyabr 2017
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabadda ildırım mağazanı yandırıb.

Publika.az xəbər verir ki, hadisə rayonun Adnalı kəndində qeydə alınıb.

Belə ki, əvvəlcə küləklə müşayiət olunan güclü yağış yağıb. Yağıntı bir saata yaxın davam edib. Bundan sonra ildırımın düşməsi nəticəsində kənddə istifadəsiz qalan köhnə mağaza binası alovlanaraq yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğısöndürənlər tərəfindən yanğın söndürülüb.

Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/214653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR