İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq

İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq
01:02 26 Sentyabr 2017
176 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ Futbol üzrə İspaniya yığma komandasının sabiq yarımmüdafiəçisi Xabi Alonso məşqçi olmaq qərarına gəlib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində məlumat yazıb.
"Futbolda 17 ilim keçib və indi öz gələcəyimi müəyyənləşdirmişəm, mən məşqçi olmaq qərarına gəldim. Təfərrüatlar sonra olacaq", - deyə 35 yaşlı futbolçu bildirib.
Alonso karyerasını 2016/17-ci illər mövsümünün sonunda bitirib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-spaniya-yigmasinin-sabiq-futbolcusu-xabi-alonso-mesqci-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR