Türkiyədə mikroavtobus atəşə tutuldu - 3 ölü, 6 yaralı

Türkiyədə mikroavtobus atəşə tutuldu - 3 ölü, 6 yaralı
01:04 26 Sentyabr 2017
39 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Ağrı vilayətinin Doğubayazıt qəsəbəsində PKK terrorçuları uzun mənzilli silahlarla sərnişin avtobusunu atəşə tutublar.

 

“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Yaralılardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

 

Məlumata görə, mikroavtobusdakı sərnişinlər qeyri-qanuni yolla ölkəyə daxil olan əcnəbi vətəndaşlar olublar.

 

Avtobus sürücüsü və digər sərnişinlər isə hadisə yerindən qaçıblar. Polis axtarışlardan sonra 6 nəfəri yaxalayıb. Saxlanılanlardan biri hadisə barədə bildirib ki, avtobusun qarşısını 5 nəfər kəsib və onlara atəş açıblar. Hadisə zamanı mikroavtobusda 20 nəfər ölüb.

 

Hazırda qaçan digər sərnişinlərin saxlanılması üçün axtarışlar davam edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284216

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR