Səbinə Əzimova Avropa çempionu oldu

Səbinə Əzimova Avropa çempionu oldu
01:43 26 Sentyabr 2017
181 İdman
Ölkə mətbuatı
A- A+

Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir.

Publika.az xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə aparır.

Bu gün Azərbaycan yığmasının əsas qızıl ümidlərindən biri olan Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirdi və 78 kq-la bu hərəkətdə 2-ci olub. Atlet təkanla qaldırma hərəkətində 96 kq çəkini ram edərək bu hərəkətdə də 2-ci yeri tutub. Toplam 174 kq (78+96) nəticə göstərən Səbinə Əzimova 53 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlamağı bacarıb və 17 yaşa qədər olan qız atletlər arasında Avropa çempionu olub. Bu, onun üçüncü Avropa çempionluğudur.

Səbinə yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi, yaşı 15-ə qədər olan qızların bu çəkidə rekordçusudur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/214657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR