AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM

AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM
02:03 26 Sentyabr 2017
183 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanda və Gürcüstanda keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsində dördüncü yarış günü başa çatıb.

Trend-in məlumatına görə, Almaniya ilə qarşılaşan millimiz yenə də inamlı qələbə qazanıb - 3:1 (19:25, 25:19, 25:18, 25:18).

Digər oyunların nəticələri:

A qrupu

Almaniya - Azərbaycan 1-3

C qrupu

Rusiya - Bolqarıstan 3:2
Türkiyə - Ukrayna 3:1

Sabah "play-off" mərhələsinə start veriləcək. "Play-off" mərhələsinin ilk günündə Belarus - Çexiya, Hollandiya - Xorvatiya oyunları keçiriləcək.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/214658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR