ABŞ Senatının ofis binasında 181 nümayişçi saxlanılıb

ABŞ Senatının ofis binasında 181 nümayişçi saxlanılıb
06:17 26 Sentyabr 2017
114 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ Hüquq-mühafizə orqanları bazar ertəsi Vaşinqtonda ABŞ Konqresi Senatı kompleksinə daxil olan ofis binasında 181 nümayişçini saxlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kapitoliya polisinin yaydığı məlumatda bildirilir.
Polisin bəyanatında fəalların nəyə qarşı çıxış etdikləri qeyd olunmur. Lakin yerli KİV yazır ki, nümayişçilər ofis binalarının dəhlizlərində respublikaçıların ölkənin tibbi sığorta sistemini islah etmək cəhdlərinə qarşı çağırış ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-senatinin-ofis-binasinda-181-numayisci-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR