Türkiyədə PKK-çılar avtobusu atəşə tutdu - 3 ölü, 6 yaralı

Türkiyədə PKK-çılar avtobusu atəşə tutdu - 3 ölü, 6 yaralı
06:24 26 Sentyabr 2017
36 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Ağrı vilayətinin Döğubəyazid qəsəbəsində terrorçular mikroavtobusu atəşə tutublar.

 

 

APA-nın məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 6 adam yaralanıb.

 

Mikroavtobus Türkiyə ərazisinə qaçaq yolla keçən əcnəbiləri daşıyırmış. Nəqliyyat vasitəsi PKK terrorçuları tərəfindən saxlanılıb. Terrorçular mikroavtobusun sərnişinlərinə atəş açıblar.

 

Nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Sürücü və digər sərnişinlər qaça biliblər. Onlardan 6-sı polis əməkdaşları tərəfindən saxlanılıb. Qanunsuz miqrantlar bildiriblər ki, mikroavtobusda 20 nəfər olub. Polis qaçan digər miqrantları axtarır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284222

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR