Bakıda məktəblini vuran motosiklet sürücüsü onu yaralı vəziyyətdə qoyaraq qaçıb

Bakıda məktəblini vuran motosiklet sürücüsü onu yaralı vəziyyətdə qoyaraq qaçıb
08:47 26 Sentyabr 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda məktəblini motosiklet vuraraq qaçıb.
"Report" xəbər verir ki, hadisə 13 yaşlı Hüseynov Kənan Elçin oğlu Puşkin küçəsində yolu keçmək istəyən zaman baş verib.
Hadisəyə yüksək sürət səbəb olub. Adı hələlik məlum olmayan sürücü xəsarət alan piyadanı hadisə yerində qoyaraq qaçıb. Ətrafdakıların köməkliyi ilə yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya yerləşdirilib. Həkimlər yeniyetmənin vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Polisdən verilən məlumata görə, K.Hüseynov orta məktəb şagirdidir.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-mekteblini-vuran-motosiklet-surucusu-onu-yarali-veziyyetde-qoyaraq-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR