Azərbaycanlı futbolçu üçün yeni baş məşqçi

Azərbaycanlı futbolçu üçün yeni baş məşqçi
09:07 26 Sentyabr 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Makedoniyanın "Pobeda" klubunun baş məşqçisi dəyişib. Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun çıxış etdiyi komanda Slavolyub Bubanyaya tapşırılıb.


O, bu postda Zoran Şteryovskini əvəzləyib. Dəyişikliyə uğursuz çıxış səbəb olub. Belə ki, "Pobeda" keçirdiyi 7 oyunda aktivinə cəmi 5 xal yazıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


Qeyd edək ki, yayda "Pobeda"ya keçən Tural Hümbətov cəmi 2 çempionat oyununda meydana çıxıb və 180 dəqiqə oynayıb. 23 yaşlı müdafiəçi ölkəmizdə AZAL, "İnter", "Araz Naxçıvan" və Moldovada "Nistru" klublarının formasını geyinib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanl-futbolcu-ucun-yeni-ba-mqci-t60778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR