Nyu-Yorkda telefon köşkləri pulsuz internetə çıxış nöqtələri ilə əvəz ediləcək

Nyu-Yorkda telefon köşkləri pulsuz internetə çıxış nöqtələri ilə əvəz ediləcək
10:56 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Nyu-York şəhər administrasiyası küçələrdəki köhnə telefon köşklərini internetə çıxış nöqtələri ilə əvəz etmək barədə qərar qəbul edib.
 
İndiyədək ingilislər bunun oxşarını etsələr də, amerikalıların etmək istədikləri ondan tam fərqlənir. Belə ki, Nyu-Yorkda hamı “Wi-Fi” şəbəkəsinə pulsuz qoşula biləcək. İnternetin paylanması ilə yanaşı, istifadəçilər mobil telefonlarını enerji ilə doldurmaq və ABŞ üzrə pulsuz zəng etmək imkanı əldə edəcəklər.
 
Proqram “LinkNYS” (Nyu-Yorku dünya ilə birləşdirək) adlanır.
 
Şəhər meri Bill de Blasionun sözlərinə görə, internetə çıxış nöqtələrinin istifadəyə verilməsi montaj və xidmət üçün yüzlərlə daimi və 650 müvəqqəti iş yerinin açılmasına şərait yaradacaq.
 
Bütün çıxış nöqtələri reklamın nümayiş olunacağı monitorla təchiz ediləcək. Layihə müəlliflərinin sözlərinə görə, 12 ilə reklam şəhərə 500 milyon dollar qazanc gətirəcək.
 
İnternetə çıxış nöqtələrinin tikintisinə cari ildə başlamaq planlaşdırılır. İlk ildə 500 belə çıxış nöqtəsinin inşası nəzərdə tutulur, - "IT Expert” yazır.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34665-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR