Yaponiyanın müdafiə nazirinə Tokionu tərk etməmək barədə əmr verilib

Yaponiyanın müdafiə nazirinə Tokionu tərk etməmək barədə əmr verilib
09:57 26 Sentyabr 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ Şimali Koreya ətrafında yaranmış vəziyyətin kəskinləşməsi ilə əlaqədar Yaponiyanın müdafiə naziri İtsunori Onodereyə ölkə paytaxt Tokionu tərk etməmək əmri verilib.
“Report” TASS-a istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin mətbuat xidməti baş nazir Sindzo Abenin bu haqda əmr imzaladığını bildirib.
İnformasiyaya əsasən, oktyabrın 22-də keçiriləcək nöbbədəkənar parlament seçkiləri ilə əlaqədar müdafiə naziri Tokiodan kənarda olub. Ona görə də baş nazir onun ölkə paytaxtından çıxmamasına dair əmr verib.
“Təhlükəsizliyin təmin olunması baxımından seçki kampaniyası çox ciddi mərhələdir. Hökumət başçısı mənə paytaxtda qalmağım və Yaponiyanın müdafiə problemləri ilə məşğul olmağım barədə göstəriş verib. Belə bir tapşırıq nazirlər kabinetinin baş katibi Yosixide Suqaya da (hökumətdə ikinici şəxs - “Report”) verilib”,- deyə müdafiə naziri vurğulayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiyanin-mudafie-nazirine-tokionu-terk-etmemek-barede-emr-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR