Azərbaycan gömrükçüləri İran vətəndaşının üzərində narkotik vasitə və psixotrop maddə aşkar edib

Azərbaycan gömrükçüləri İran vətəndaşının üzərində narkotik vasitə və psixotrop maddə aşkar edib
09:57 26 Sentyabr 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. 
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Məlumata görə, yoxlama zamanı, vətəndaşın daxili orqanında (düz bağırsağında) iki ədəd bükümdə ümumi xalis çəkisi 22,385 qram olan narkotik vasitə - tiryək, bir ədəd bükümdə xalis çəkisi 24,281 qram olan narkotik vasitə - həşiş, 4 ədəd ritalin (metilfenidat) adlı həb və həbin 1/2 miqdarında metadon aşkar edilib.
Xatırladaq ki, ritalin (metilfenidat) adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in Siyahısına daxildir və 4 ədəd həbdə metilfenidatın təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir.
Metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və həbin 1/2 miqdarında olan qırıntısında metadonun təsiredici maddəsinin miqdarı 0,01 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-gomrukculeri-i-ran-vetendasinin-uzerinde-narkotik-vasite-ve-psixotrop-madde-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR