Kürdlərin referendumu İsrail və ABŞ bayraqları ilə bayram edildi - FOTO

Kürdlərin referendumu İsrail və ABŞ bayraqları ilə bayram edildi - FOTO
10:03 26 Sentyabr 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali İraqda keçirilən referendumun nəticələri açıqlanmamış Ərbil əhalisi küçələrə axışaraq bayram keçirib.

Publika.az xəbər verir ki, nümayişlərdə İsrail bayraqları ilə yanaşı, ABŞ bayraqları da dalğalanıb.

İraqın şimalındakı Kürd muxtariyyətinin müstəqillik əldə etməsi üçün təşkil edilən referenduma dəstək verən ilk ölkə İsrail olmuşdu.

ABŞ cəbhəsi isə bütün gücü İŞİD-ə yönəltməyi tövsiyə etmiş və bu bölgədə müstəqilliyi dəstəkləmədiklərini açıqlamışdı. Ancaq Ərbildə çəkilən görüntülər bu açıqlamanın tam əksini göstərib.

Ağ Ev referendumun keçirildiyi müddətdə İraq torpaqlarının bütövlüyünü istədiyini bildirmişdi. Bölgədə ABŞ bayraqları ilə bayram keçirilməsi isə iraqlıların amerikalılara bir növ təşəkkür etməsi kimi şərh edilib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR