AZPROMO Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulub

AZPROMO Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulub
10:12 26 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyalar Təşviqi Fondu (AZPROMO) Bakı Fond Birjasının (BFB) kapital bazarından maliyyələşməni təşviq edən “Listinq Məsləhət Proqramı”na (LMP) qoşulub.
“Report” BFB-yə istinadən xəbər verir ki, Fond proqram üzrə əməkdaşlıq haqqında kollektiv sazişin yeni tərəfdaşı olub.
Bununla əlaqədar sentyabrın 25-də BFB-nin İdarə Heyətinin sədri Vüqar Namazov və AZPROMO-nun prezidenti Rüfət Məmmədov arasında saziş imzalanıb və bu münasibətlə “Açılış zəngi” mərasimi keçirilib.
Sazişə əsasən LMP-na qoşulmuş şirkətlərin AZPROMO-nun müvafiq kataloqlarına daxil edilməsi, eyni zamanda mövcud şirkətlərin BFB ilə əlaqələndirilməsi, xarici investor bazarına çıxışın təmin edilməsi, eləcədə xarici investorların ölkənin qeyri-neft sektorunun inkişafına cəlb edilməsi istiqamətində potensial investorların müəyyən edilməsi, biznes mühitinin təkmilləşdirilməsi, BFB vasitəsilə kapital bazarlarına xarici investorların cəlb edilməsi həyata keçiriləcək.
V. Namazov AZPROMO ilə əməkdaşlıq əlaqələrinin qurulmasının və bu sahədə qarşılıqlı səylərin birləşdirilməsinin yerli bazara müsbət təsir göstərəcəyinə inandığını bildirib. R.Məmmədov isə Azərbaycana xarici investorların cəlb edilməsi, o cümlədən yerli ixracla məşğul olan şirkətlərin istehsal potensialın artırılması istiqamətində investisiyaların cəlb edilməsi üçün zəruri olan bilik və bacarıqların artırılmasına dəstək göstərilməsi istiqamətində görülən işlərin genişləndirilməsində BFB ilə əməkdaşlıq əlaqələrin qurulmasının qarşıya qoyulmuş hədəflərə nail olmaqda uğurlu olacağını qeyd edib.
Hazırda LMP layihəsinin AZPROMO da daxil olmaqla hazırda 14 tərəfdaşı mövcuddur: Bunlar “KPMG”, “Baker&Tilly”, “PwC”, “RSM” və “EY” audit, “Dentons”, “Baker&McKenzie” və “LAN Law Chambers” hüquq şirkətlərinin Azərbaycan ofisləri, Yüksək Texnologiyalar Parkı, “Paşa Kapital”, “İnvest-AZ”, “AzFinance” və “Unicapital” investisiya şirkətləridir.
LMP sahibkarlıqla bağkı düşüncə tərzinin formalaşdırılması, listinqin və kapital bazarlarının təşviqi, şirkətlərdə korporativ idarəetmənin tətbiqi, kapital bazarı alətləri vasitəsilə yerli şirkətlərə investisiyaların cəlb edilməsi istiqamətində həyata keçirilir.



Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azpromo-baki-fond-birjasinin-listinq-meslehet-proqramina-qosulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR