Səbinə Əzimova 3 qat Avropa çempionu 3 qat qalibi oldu

Səbinə Əzimova 3 qat Avropa çempionu 3 qat qalibi oldu
10:27 26 Sentyabr 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir. 


Fanat.Az xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında bizim yığmanın da üzvləri var.


Əsas qızıl ümidlərimizdən biri - Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, yaşı 17-ə qədər olan qız atletlərin 53 kq çəki dərəcəsindəki yarışına qatılıb.


Səbinə yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi, yaşı 15-ə qədər olan qızların bu çəkidə rekordçusu olub. O, bu gün 3 qat Avropa çempionu olmaq üçün səhnəyə çıxmışdı və sevindiricidir ki, istəyinə nail ola bilib. 


Səbinə birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirdi və 78 kq-la bu hərəkətdə 2-ci olub. Atletimiz təkanla qaldırma hərəkətində 96 kq çəkini ram edərək bu hərəkətdə də 2-ci yeri tutub.


Ancaq ümumi nəticə uğurlu olub. Toplam 174 kq (78+96) nəticə göstərən Səbinə Əzimova 53 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlamağı bacarıb.


17 yaşlı atletimiz Landskrona və Novı Tomısldakı qızıl medalların sırasına Priştinadakı qələbəni də əlavə edib. O, artıq Avropa birinciliyinin 3 qat qalibidir. 



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-sbin-zimova-3-qat-avropa-cempionu-3-qat-qalibi-oldu-t60781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR