TANAP-ın ilkin qazla doldurulması üçün nəzərdə tutulan sahənin tikintisində və sazlanmasında gecikmə yoxdur

TANAP-ın ilkin qazla doldurulması üçün nəzərdə tutulan sahənin tikintisində və sazlanmasında gecikmə yoxdur
10:32 26 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ “SOCAR Midstream Operations” şirkətinin mütəxəssisləri Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinin Gürcüstan ərazisində yerləşən 81 saylı Ölçü Qovşağı və 77 saylı Kompressor Stansiyasına səfər edib.
“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən yaydığı məlumata görə, səfər zamanı müəyyən edilib ki, 81 saylı sahənin tikintisi üzrə 99,8% yüksək inkişaf göstəricisi əldə olunub.
Bildirilib ki, oktyabrın 1-dən sahə mexanki olaraq tamamlandıqdan sonra işəsalma və istismar qrupuna təhvil veriləcək. Mütəxəssislərin qaldırdığı bütün suallara BP və podratçıları tərəfindən ətraflı cavab verilib. BP nümayəndələri bildirib ki, Trans Anadolu Boru Kəmərinin (TANAP) ilkin qazla doldurulması üçün nəzərdə tutulan 81 saylı sahənin tikinti və sazlanmasında heç bir gecikmə yoxdur. Bu ilin sonunda 81 saylı Ölçü Stansiyası tam şəkildə istismara hazır olacaq.
77 saylı Kompressor Stansiyasında da işlərin yüksək templə davam etdiyi və bu ilin sentyabrına kimi 77% yüksək göstəricinin əldə edildiyi müəyyən olunub. Bildirilib ki, stansiyanın əsas boru kəmərinə qoşulması üçün nəzərdə tutulan işlər 2018-ci ilə planlaşdırılır. Sahəyə baxış zamanı tikinti və quraşdırma işlərində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunması müşahidə edilib.












Xəbərin orijinal ünvanı: https://report.az/energetika/tanap-in-ilkin-qazla-doldurulmasi-ucun-nezerde-tutulan-sahenin-tikintisinde-ve-sazlanmasinda-gecikme

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR