Yeni nəsil sualtı rabitə kabeli istismara verilib

Yeni nəsil sualtı rabitə kabeli istismara verilib
10:35 26 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Yüzlərlə sualtı rabitə kabeli Antarktidadan başqa planetin bütün qitələrini bir-biri ilə birləşdirir. Məhz bu kabellər serverlərdən böyük həcmli məlumatların dünyanın müxtəlif yerlərində yaşayan istifadəçilərin evlərinə fasiləsiz ötürülməsini təmin edir. İndiyədək Şimali Amerika ilə Avropanı birləşdirən "Appolo" ən güclü sualtı kabel sistemi hesab edilirdi. Ancaq indi “Microsoft” və “Facebook” şirkətləri tamamilə yeni nəsil sualtı rabitə kabelini istismara veriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “Marine” adlı yeni kabel nəsli ilk dəfə ötən il ictimaiyyətə təqdim edilib. İstehsalçılar iddia edirlər, bu rabitə kabeli eyni zamanda HD keyfiyyətində olan 71 milyon  videoçarxı yayımlamaq qabiliyyətinə malikdir. Layihəyə əsasən, bu kabel ABŞ-ın Virciniya Biç şəhəri ilə İspaniyanın Bilbao şəhərini birləşdirəcək. Hazırda bütün montaj işləri başa çatıb və rabitə kabeli istismara verilib. Kabelin uzunluğu 6600 km, ümumi çəkisi isə 4,6 milyon kq-dan çoxdur.

"Appolo" kabelinin buraxılış qabiliyyəti saniyədə 3,2 terabit təşkil edir. “Marine” kabelində bu göstərici saniyədə 160 terabitə bərabərdir. Bu, orta statistik ev internet qoşulmasından 16 milyon dəfə daha sürətlidir. Proqnozlara görə, 2025-ci ilə internet trafikin həcmi 8 dəfə artacaq. “Microsoft” şirkəti “Marine” kabelinin köməyi ilə “Office 365”, “Skype” və “Xbox Live” xidmətlərinin keyfiyyətini yaxşılaşdırmağa çalışır, halbuki “Facebook” müvafiq məzmunun striminqi yolu ilə virtual reallıq texnologiyalarının inkişafında maraqlıdır.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-50268-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR