Azərbaycanda vəzifəli şəxsin "Kürdüstan" təbliğatı

Laçın Rayon İcra Hakimiyyətinin yüksək vəzifəli məmuru Fizuli Tanırverdiyevin sosial şəbəkələrdə Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi müstəqillik referendumunun təbliğatını apardığı ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarla bağlı həmin şəxslə əlaqə saxlamağa çalışdıq.

Laçın Rayon İcra Hakimiyyətindən Metbuat.az-a bildiriblər ki, hazırda Fizuli Tanırverdiyev xəstə olduğu üçün işə gəlmir:

“Fizuli müəllim işə çıxanda sizə özü zəng edəcək”.

Qeyd edək ki, Fizuli Tanırverdiyev Laçın Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiridir.

Aysel Yaqubqızı / Metbuat.az

Kərkükdə vəziyyət necədir? - Son məlumat


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR