Rusiyanı heyran edən 6 yaşlı Ruslan danışdı - VİDEO

Rusiyanı heyran edən 6 yaşlı Ruslan danışdı - VİDEO
10:44 26 Sentyabr 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, 6 yaşlı azərbaycanlı “Rusiya 1” kanalındakı verilişdə hər kəsi heyrətə gətirib. Ruslan Səfərov ən çətin hesablamaların cavabını bir neçə saniyəyə düzgün taparaq münsiflər heyətini, eləcə də tamaşaçıları təəccübləndirib.
 
Lent.az-ın məlumatına görə, səhnədə alqışlarla qarşılanan balaca həmyerlimiz Xəzər TV-yə danışıb.
 
Yaxınlarının sözlərinə görə, Ruslandakı bu qabiliyyəti hələ bir yaşında olarkən aşkar ediblər. Atası uşağın çarpayısına hərfləri və rəqəmləri asaraq ona ilk dərsini keçib.
 
İki yaşında yazıb-oxumağı bacaran Ruslan daha çətin misalların həllinə başlayıb.
 
Hazırda o, yuxarı siniflərə məxsus çətin riyazi misalların həllini öyrənir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR