Şimali İraqda referendumun ilkin nəticələri açıqlandı

Şimali İraqda referendumun ilkin nəticələri açıqlandı
10:58 26 Sentyabr 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali İraq kürd muxtariyyətində dünən keçirilən referendumun ilkin nəticələri dərc edilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, ilkin nəticələrə görə, referendumun 93 faizdən çox iştirakçısı regionun müstəqilliyini dəstəkləyib.

Səslərin hələlik 282 mini sayılıb. Bu, ümumi səslərin təxminən 9 faizi təşkil edir.

Müstəqilliyə qarşı 6,71 faiz seçici səs verib. Rəsmi nəticələr cümə axşamı elan edəcək.

Referendumda təxminən 3,3 milyon insan iştirak edib. 5,2 milyon seçici isə referendumda səsvermə hüququna malik idi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR