Bakı Ali Neft Məktəbində tələbələrə SPM sertifikatları təqdim olunub

Bakı Ali Neft Məktəbində tələbələrə SPM sertifikatları təqdim olunub
11:07 26 Sentyabr 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) təşkil edilən Layihə İdarəetmə Məktəbinin (SPM) II qrupunun birinci modulunu müvəffəqiyyətlə və yüksək imtahan nəticələri ilə bitirən tələbələrinə sertifikatlar təqdim olunub.
BANM-dən "Report"a verilən məlumata görə, rektor Elmar Qasımov hər bir iştirakçını yüksək nəticələr əldə etməsi münasibətilə təbrik edib və onlara gələcək təlimlərdə uğurlar arzulayıb.
Növbəti “Cədvəl və xərclərə nəzarət” modulunda iştirakçılara layihə idarəetmə alətlərindən istifadə etməklə, layihələrin planlaşdırılması və nəzarəti üçün lazım olan bacarıqlar aşılanaraq onlara xərclərlə bağlı hesablama, proqnozlaşdırma, smeta tutma, monitorinq, təhlil metodları göstərilib. Təlimi bank, informasiya-texnologiyaları, inşaat və pərakəndə satış kimi sahələrdə layihə idarəedilməsi üzrə 20 ildən artıq iş təcrübəsinə malik Con Pelham aparıb.
Xatırladaq ki, SPM iştirakçıları sırasına SOCAR, “Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, BP, “PAŞA Sığorta” ASC və digər şirkətlərin nümayəndələri daxildir. BP və onun tərəfdaşlarının maliyyə dəstəyi, layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution” şirkətinin texniki dəstəyi və BANM-in təşkilatçılığı ilə birgə həyata keçirilən SPM tədris proqramı 7 moduldan ibarətdir. Yekunda Corc Vaşinqton Universitetinin (ABŞ) magistr sertifikatının verilməsi nəzərdə tutulur. Hazırda BANM ən uğurlu layihələrindən biri olan SPM-in növbəti qruplarına qeydiyyatı açıq elan edib. 



Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/baki-ali-neft-mektebinde-telebelere-spm-sertifikatlari-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR